İranın paytaxtı Tehran şəhərində partlayış baş verib.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Partlayış Tehranda bir avtomobil təmiri sexində bilinməyən səbəblə meydana gəlib.

Qəzanın səbəbləri araşdırılır.

Gülnar Qafarlı