İranda ötən sutka ərzində 86 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə İranda bu virusdan ölənlərin sayı 60 353 nəfərə çatıb.

İranda ötən 24 saat ərzində 8 525 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 656 699 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 747 nəfərin vəziyyəti ağır qiymətləndirilir.