İranda ötən sutka ərzində 78 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Beləliklə İranda bu virusdan ölənlərin sayı 60 431 nəfərə çatıb. İranda

İranda ötən 24 saat ərzində 8 404 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 1 665 103 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 760 nəfərin vəziyyəti ağır qiymətləndirilir.