İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

SBununla da İranda bu virusdan ölənlərin sayı 56 538 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 471 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 311 810 nəfərə çatıb. Virus daşıyıcılarından 4 437 nəfərin vəziyyəti ağır qiymətləndirilir.