İranda ötən sutka ərzində 20 954 nəfər koronavirusa (COVID-19) yoluxub. Bu indiyə qədərki gündəlik yoluxma sayında ən yüksək rəqəmdir.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusa yoluxanların sayı 1 984 348 nəfərə çatıb. Virus daşıyıcılarından 4 177 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 193 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 699 nəfərə yüksəlib.