İranda ötən sutka ərzində 22 586 nəfər koronavirusa (COVID-19) yoluxub.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusa yoluxanların sayı 2 006 934 nəfərə çatıb. Virus daşıyıcılarından 4 221 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 185 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 884 nəfərə yüksəlib.

İranda indiyədək 1 684 570 nəfər koronavirusdan sağalıb, 13,4 milyondan çox diaqnoz testi həyata keçirilib.