İranda ötən sutka ərzində 17 430 nəfər koronavirusa (COVID-19) yoluxub.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusa yoluxanların sayı 1 963 394 nəfərə çatıb. Virus daşıyıcılarından 4 138 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda ötən 24 saat ərzində 174 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 63 506 nəfərə yüksəlib.