İranda koronavirusa yoluxanların sayı artıb.

Open.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur daha 2 392 nəfərdə koronavirus aşkarlandığı və bununla da yoluxma faktlarının sayı 129 341-ə çatdığını açıqlayıb.

Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 66 nəfər artaraq 7 249 nəfərə yüksəlib.

O həmçinin 2 655 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb. Bundan başqa, indiyədək 100 564 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.