İranda ötən sutka ərzində daha 2 033 nəfər koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

İndiyədək İranda bu virusa yoluxanların sayı 137 724 nəfərə yüksəlib, onlardan 2 585 nəfərin vəziyyəti ağırdır.

Ötən sutka ərzində daha 34 nəfər bu virusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 7 451 nəfərə çatıb.