14:49

İranda daha 2 nəfər koronavirusdan dünyasını dəyişib.

Open.az xəbər verir ki, bununla da ölkə ərazisində ölənlərin sayı 4-ə yüksəlib.

Ölkədə bu günədək 13 nəfər yeni koronavirusa (Covid 19) yoluxub. Virusa yoluxanların əksəriyyəti Qum şəhəri sakinidir və ya son günlərdə bu şəhərə səfər edənlərdir.

***

İranda koronavirusdan dünyasını dəyişənlərin sayı 5-ə yüksəlib.

Open.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca iranlı həmkarı ilə telefon danışığından sonra məlumat yayıb.

Xatırladaq ki, İranda koronavirusdan ilk ölüm faktı fevralın 20-də qeydə alınıb. Ümumilikdə dünyada infeksiyadan ölənlərin sayı 2 200-ü ötüb.