İranda ötən sutka ərzində 13 621 nəfər koronavirusa (COVID-19) yoluxub.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Bununla da İranda bu virusa yoluxanların sayı 989 572 nəfərə çatıb. Virus daşıyıcılarından 5 828 nəfərin vəziyyəti ağırdır.

İranda ötən 24 saat ərzində 362 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 48 990 nəfərə yüksəlib.