İranda yeni koronavirusdan (COVID19) ölənlərin sayı 2 234 nәfәrə yüksəlib.

Open.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, ötәn 24 saat әrzindә İranda bu virusa 2 389 nəfәr yoluxub.

Cahanpur həmçinin 10 457 nәfәrin müalicә olunaraq sağaldığını deyib.

Gülnar Qafarlı