İranda ötən sutka ərzində yeni koronavirus nəticəsində daha 117 nəfər ölüb.

Open.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusun yayılması 4 110 nəfərin ölməsi ilə nəticələnib.