Son 24 saat ərzində İranda 133 nəfər koronavirus səbəbindən həyatını itirib. Bununla da bu virusdan ölənlərin ümumi sayı 3 min 872 nəfərə çatıb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə yoluxanların sayı 62 min 589 nəfərə çatıb. Bununla yanaşı 27 min 39 nəfər də sağalaraq evə buraxılıb.

O, bildirib ki, yoluxan bütün xəstələr üçün ayrılmış xəstəxanalarda çarpayı kifayət qədərdir. Lakin reanimasiya çarpayılarının hamısı doludur. Reanimasiya üçün 4 min yeni yer yaradıldı ki, bunlar da tez bir zamanda doldu.

İran parlamentinin idarə heyətinin üzvü Məhəmmədrza Tabeş bildirib ki, parlament üzvləri yenidən testdən keçirildi və 11 deputatda koronavirus aşkar edilib. Hazırda həmin deputatlar xüsusi xəstəxanalara yerləşdirilib.

Tehranın ən böyük ticarət mərkəzi hesab edilən “İran mal” 3 min çarpayılıq xüsusi xəstəxanaya çevrilib.