22 may 14:50

İranın bir çox əyalətində iki həftədir davam edən fırtına və şiddətli yağışlarda 22 nəfər həyatını itirib, 53 nəfər yaralanıb.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Mərkəzinin sözçüsü Müctəba Halidi məlumat verib.

O, həlak olanlardan 2-nin sel sularında, 20-nin isə ildırım vurması nəticəsində həyatını itirdiyini bildirib.

Qeyd edək ki, İanda martın 17-də başlayan və təxminən bir ay davam edən şiddətli yağışlarda 78 adam həyatını itirmiş, təxminən min adam da yaralanmışdı.

***

İranın bir çox əyalətində iki həftədir davam edən fırtına və şiddətli yağışlarda ölənlərin sayı artıb.

Open.az xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayı 24 nəfərə, yaralıların sayı 55-ə yüksəlib.

Bu barədə İranın Fövqəladə Hallar Təşkilatının sözçüsü Müctəba Halidi məlumat yayıb.

Gülnar Qafarlı