Bu həftə İranda köçəri quşların o cümlədən 2000 dən çox flaminqo quşlarının kütləvi ölümü müşahidə olunub.

Open.az İran mətbuatına istinadən bildirir ki, köçəri quşların kütləvi ölümünün səbəbi tam məlum olmasa da, qanunsuz balıq ovu ilə məşğul olanların suyu zəhərlədiyi ehtimalı daha böyükdür.

İndiyə kimi 1800 köçəri quşun qalıqları toplanaraq torpağa basdırılıb.

İran rəsmiləri flaminqoların ölüm sayının 5 minə çata biləcəyini güman edirlər.

Kamran Nasir