İranda ötən sutka ərzində 184 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da bu virusdan ölənlərin sayı 24 840 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 605 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 432 798 nəfərə çatıb. Virus daşıyıcılarından 3 948 nəfərin vəziyyəti ağırdır.