İranda son sutkada daha 2 652 nəfər koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bunu ölkənin Səhiyyə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.

Son sutkada 148 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 11 106, yoluxanların sayı isə 232 863 nəfərə yüksəlib. 194 098 pasiyentin sağaldığı bildirilib.