İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 147 nəfər vəfat edib.

Open.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 10 817 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 457 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 227 662 nəfərə çatıb.