İranda 40 gündür aclıq aksiyası keçirən məhbus hüquq müdafiəçisi Nəsrin Sotude hospitala yerləşdirilib.

Open.az xəbər verir ki, bunu məhbus xanımın həyat yoldaşı Rza Xandan bildirib.

Onun sözlərinə görə, ailə üzvlərinə Nəsrin Sotudeni ziyarət etməyə icazə veriblər: “Ancaq ziyarət çox ani oldu. O, çox zəifləyib, sifəti düşüb, gözləri çüxura düşüb, arıqlayıb”.

R.Xandan bildirib ki, Sotudeni kamera yoldaşının yardımı ilə tanıyıblar: “Həbsxananın rəhbərliyi bizə Nəsrinin səhhəti ilə bağlı məlumat vermirdi. Xəstəxanada isə vəziyyət yaxşı deyil. Burada xəstələr koronavirus rejminə əməl etmir”.

Qeyd edək ki, 57 yaşı Nəsrin Sotude məhkəmələrdə ölüm hökmü təhlükəsi olan yetkinlik yaşına çatmayanların, ictimai yerlərdə hicaba əməl etmədikləri üçün tutulanların hüquqlarını müdafiə edib. O, 2019-cu ildə “dövlətin təhlükəsizliyinə qarşı çıxdığı üçün” 38 il müddətinə azadlıqdan məhrum olunub. Hüquq müdafiəçisi ona qarşı irəli sürülən ittihamlara etiraz olaraq 40 gündür aclıq aksiyası keçirir. N.Sotude 2012-ci ildə insan hüquqlarını müdafiə etdiyinə görə Saxarov mükafatına layiq görülüb.