İranda 43 məşhur karikaturaçı və yazıçısı birgə bəyanat yayaraq Fəcr festivalına qatılmaqdan imtina edib

Open.az İran mediasına istinadən xəbər verir ki, bundan öncə şənbə və bazar günləri tanınmış rejissor Məsud Kimyai, habelə Fəcr festivalında iştirak edəcək bir sıra aktyorlar, teatr ictimaiyyəti, hakimlər və digərləri ölkədə hökm sürən ədalətsizliyə etiraz bildirərək Fəcr festivalında iştirak etməkdən geri çəkildiklərini elan ediblər.

Qeyd edək ki, Fəcr Beynəlxalq Film Festivalı İranın illik film festivalıdır. Hər fevral ayında Tehranda keçirilir.

Kamran Nasir