İranda ötən sutka ərzində 177 nəfər koronavirusdan (COVID-19) ölüb.

Open.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda ölənlərin sayı 24 478 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 3 341 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 425 481 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 912 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 361 523 nəfər koronavirusdan sağalıb.

İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,77 milyondan çox diaqnoz testi həyata keçirilib.