İran Türkiyənin Suriyaya qarşı həyata keçirdiyi "Barış Pınarı" hərəkatı barədə açıqlama yayıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, İran XİN sözügedən əməliyyata reaksiyaya göstərərək, Türkiyəyə qoşunlarını Suriyadan geri çəkmək və dərhal dayandırmaqla bağlı çağırış edib.

İranın Xarici İşlər naziri Cavad Zərif türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında hərbi əməliyyatın əleyhinə olduğunu bildirib.

O, Suriyanın ərazi bütövlüyünün və milli suverenliyin, terrorizmlə mübarizənin və bu ölkədə sabitliyin, təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Gülnar Qafarlı