İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ölümünün ikinci ildönümündə paytaxt Tehranda anılıb.

Open.az "AA"ya istinadən xəbər verir ki, anım mərasimində prezident Həsən Ruhani ilə yanaşı din xadimləri, siyasətçilər və Rəfsəncaninin ailə üzvləri iştirak ediblər

Ruhani mərasimdə etdiyi çıxışında bugünkü İranın müdafiə gücündən danışıb: "Gələcək həftə öz istehsal etdiyimiz raketlərlə kosmosa 2 peyk buraxacağıq".

Qeyd edək ki, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 2017-ci ildə vəfat edib.

Gülnar Qafarlı