İranın dini lideri Ayətullah Əli Xamneyi ölkəsinin ehtiyac duyduğu qədər neft ixrac etməyə davam edəcəyini və ABŞ-ın təşəbbüslərinin nəticəsiz qalacağını söyləyib.

Open.az İran KİV-nə istinadən xəbər verir ki, Xamneyi bu barədə paytaxt Tehrandakı iqamətgahında böyük bir işçi qrupu qəbulu etdiyi çıxışında bildirib.

"Onların səyləri bir nəticə verməyəcək. Ehtiyacımız qədər nefti ixrac etməyə davam edəcəyik. ABŞ düşmənçilik təşəbbüslərinin cavabsız qalmayacağını bilməlidir", - deyə İranın dini lideri qeyd edib.

Qeyd edək ki, Tramp administrasiyası Tehranın əsas gəlir mənbəyinin qarşısını almaq ümidi ilə İran nefti idxal edən ölkələrə sanksiya güzəştlərinin ləğvini elan edib.

Gülnar Qafarlı