İran ötən həftələrdə orta mənzilli balistik raket sınağı həyata keçirdiyini təsdiqləyib.

Open.az xəbər verir ki, bu barədə İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

"Raket testlərimizi davam edirik və bu sonuncusu əhəmiyyətli bir sınaqdır", - deyə İnqilab Mühafizəçiləri komandiri general-mayor Əmirəli Hacızadə bildirib.

Qeyd edək ki, ABŞ Xarici İşlər naziri Mayk Pompeo açıqlamasında İranın müxtəlif döyüş başlıqları daşıma gücünə malik orta mənzilli bir raket sınağı keçirdiyini bildirmişdi.

Gülnar Qafarlı