Karantin rejimində evdə qalan ingilislərin xəmir məhsulları hazırlamağa yaranan həvəsi mağazalarda un qıtlığına səbəb olub. Unu istehsalı edən fabriklər gücləndirilmiş iş rejiminə keçib.

Open.az xəbər verir ki, pandemiya dövründə “Oksfordşir” zavodunda günə 13 min kisə un istehsal edilib. Bu da adi normadan 4 dəfə artıq olub. Rəhbərlik daha çox işçi cəlb etməyə, gecə növbələrini də əlavə etməyə məcbur olub. Son 125 ildə ilk dəfə un dəyirmanı 24 saat dayanmadan həftənin 7 günü işləyib.

Britaniya və İrlandiya Un Müəssisələri Milli Assosiasiyasının məlumatına görə, fabriklər Böyük Britaniyada ildə təxminən dörd milyon ton un istehsal edir.

Qeyd edək ki, una tələbat digər Avropa ölkələrində də artıb. Fransada mart ayında ikiqat artım müşahidə olunub, İtaliyada isə II Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb.

Musa Qoca