İndoneziyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 66 min nəfəri keçib.

Open.az İndoneziya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son sutka ərzində ölkədə 1268 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Bununla da İndoneziyada epidemiya başlayandan bəri COVID-19-a yoluxanların sayı 66 min 226 nəfərə çatıb. Onlardan 30 min 700-nün sağaldığı, 3309 nəfərin isə həyatını itirdiyi bildirilir.