Pakistanın baş naziri İmran Xan Azərbaycanı 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.

Open.az xəbər verir ki, bu barədə ölkənin baş nazir tvitterdə paylaşım edib.

“Müstəqillik günündə İlham Əliyev və qardaş Azərbaycan xalqına ən səmimi təbrikləri çatdırıram. Biz ərazi bütövlüyünü mərdliklə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə sayğı duyuruq. Pakistan Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsində Azərbaycanla həmrəydir”, - o yazıb.