Yenidən İstanbul Böyükşəhər Bələdiyyə sədri seçilən Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunun sərvəti açıqlanıb.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, İmamoğlu mətbuat vasitəsilə özünün, həyat yoldaşının və atasının sərvəti barədə bəyanat yayıb.

Bəyanata görə, Əkrəm İmamoğlunun ümumi sərvəti 4 milyon 682 min lirə təxminən 1 milyon 373 min AZN), həyat yoldaşının sərvəti 2 milyon 915 min lirə (təxminən 855 min AZN)dəyərindədir.

Özünə aid bir daşınmaz əmlak şirkəti olan İmamoğlunun atasının qurduğu ailə şirkətində də 60 faiz payı var.

İmamoğlunun üzərinə qeydiyyatlı 8 min lirə dəyərində tapança diqqət çəkir.

Əkrəm İmamoğlunun sərvətinin siyahısını təqdim edirik:

302 min lirəlik Beylikdüzündə dükan

911 min lirəlik Beylikdüzündə məkan

120 min lirəlik Beylikdüzündə ərazi

248 min lirəlik Büyükçekmecedə dükan

26 min lirəlik Beylikdüzündə hissəli ərazi

71 min lirəlik Beylikdüzündə dükan

30 min lirəlik Çanakkale/Eceabatda ev

204 min lirəlik Balıkesir/Edremitdə ərazi

256 min lirəlik Balıkesir/Edremitdə ərazi

52 min lirəlik Balıkesir/Edremitdə ərazi

15 min lirəlik Çanakkale/Eceabatda dam

313 min lirəlik Balıkesir/Edremitdə ərazi

165 min lirəlik Balıkesir/Edremitdə ərazi

210 min lirəlik Trabzon/Ortahisarda ərazi

772 min lirəlik Balıkesir/Edremitte ərazi

8 min lirə dəyərində tapança

979 min lirə - Kənd Təsərrüfatı Bankında pulu

İmamoğlunun sərvəti açıqlandı - 4 milyon...

İmamoğlunun sərvəti açıqlandı - 4 milyon...

İmamoğlunun sərvəti açıqlandı - 4 milyon...