İstanbul Böyükşəhər Bələdiyyə Sədri Əkrəm İmamoğlu Kırıkkaledə boşandığı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanaraq öldürülən Emine Bulut haqda paylaşım edib.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, o, zorkalıqla mübarizədə qadın və uşaqların yanında olduğunu bildirib.

""Ölmək istəmirəm"... Bu günə qədər cinayətə qurban gedən bütün qadınların fəryadı idi. "Ana yalvarıram, ölmə"... Yetim qalan vütün övladların göz yaşları idi. Emine Bulutu kişi zorakılığına görə itirdik. Zorakılıqla mübarizədə qadın və uşaqların yanındayıq, olmağa da davam edəcəyik", - deuə İmamoğlu qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyənin Kırıkkale şəhərində kişi 4 il öncə boşandığı həyat yoldaşının boğazını 10 yaşlı qızının gözləri önündə kəsərək, öldürüb.

Gülnar Qafarlı

İmamoğlu dəhşətli cinayətdən danışdı: Zorakılıqla mübarizədə qadın və uşaqların yanındayıq