ABŞ-ın Florida ştatındakı həyətlərdən birində tapılan ikibaşlı ilan hər kəsə qorxu dolu dəqiqələr yaşadıb.

Open.az xəbər verir ki, ikibaşlı ilanı görən ev sahiblərinin köməyinə Florida ştatının Balıq və Vəhşi Həyatı Qoruma Komissiyası (FWC) gəlib. Belə ki, nadir görünən ilan növünü qoruma altına alan qurumdan verilən məlumata görə, ikibaşlı ilanların iki beyni olur və belə ilanlar, vəhşi təbiətdə çox yaşaya bilmirlər.

Qeyd edək ki, sonuncu dəfə ikibaşlı ilana, İndoneziyasnın Bali adasında rast gəlinib.

Ülviyyə Həsənqızı

İkibaşlı ilan hər kəsi qorxuya saldı