Ekvadorun əmək və səhiyyə naziri ölkədə koronavirusa yoluxanların sayının 500 nəfəri ötməsi fonunda istefa verib.

Open.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyası yanında ictimaiyyətlə əlaqələr katibliyi açıqlayıb.

Hakimiyyət Ekvadorun səhiyyə naziri Katalina Andramunyo və ölkənin əmək naziri Andres Maderonun istefasını qəbul edib.

Öz növbəsində prezident Lenin Moreno, Luis Artiro Poveda Velaskonu əmək naziri, Xuan Karlos Lopesi isə səhiyyə naziri təyin edib.

Son məlumata görə, ölkədə 532 nəfər koronavirusa yoluxub.

Ekvador hakimiyyəti koronavirus səbəbiylə ölkə ərazisində komendant saatı tətbiq edib və insanların ölkədaxilində hərəkətinə məhdudiyyət qoyulub.