Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxduğunu bəyan edib.

Open.az xəbər verir ki, bu barədə İ.Kalın şəxsi tvitter hesabında bildirib.

“Koronavirus müalicəsinin son mərhələsindəyəm. İndi yaxşıyam. Zəng edən, soruşan, mesaj göndərən, dua edən hər kəsə təşəkkür edirəm".

Xatırladaq ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu da koronavirusa yoluxub. Nazir özü ilə bərabər həyat yoldaşı və qızının da COVID-19 testinin pozitiv çıxdığını qeyd edib.

O, səhhətlərinin normal olduğunu və müalicələrini xəstəxana şəraitində davam etdirdiklərini vurğulayıb.