Misirin bu gün vəfat edən sabiq prezidenti Hüsnü Mübarəkin xatirəsinə ölkədə sabahdan etibarən 3 günlük matəm elan olunub.

Open.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Misirin Prezident Administrasiyası bildirib.

Sabiq dövlət başçısının müharibə qəhrəmanı və hərbi lider olaraq dəyərləndirildiyi açıqlamada mərhumun ailəsinə başsağlığı verilir.

Xatırladaq ki, bu gün 91 yaşında dünyasını dəyişən H.Mübarək 1981-2011-ci illər ərzində Misirin dövlət başçısı olub. Son vaxtlar xəstəlikdən əziyyət çəkən sabiq prezidentin yanvar ayının sonunda mədəsində əməliyyat keçirilib. Daha sonra onun intensiv müalicə bölməsində yatdığı bildirilirdi.