Hindistanda "Donuz qripi" olaraq bilinən H1N1 virusu səbəbiylə son 3 ayda həyatını itirənlərin sayı 605-ə yüksəlib.

Open.az xəbər verir ki, bu barədə "Hindistan Times" qəzeti məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu il 19 min 380 nəfər "donuz qripi" virusuna yoluxub.

Gülnar Qafarlı