Hindistanın şimalında Ximaçal-Pradeş, Uttarakxand və Pəncab ştatlarında leysan yağışlara görə daşqınlar və sürüşmələr nəticəsində 40-dan çox insan həlak olub.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Leysanlar bir neçə gün ərzində davam edib. Ştatların bir neçə rayonunda təhsil müəssisəsinin fəaliyyəti dayandırılıb.

Xilasedicilər sözügedən ərazilərdə axtarış əməliyyatlarını və zərərçəkmişlərə yardımları davam edirlər.

Gülnar Qafarlı