Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbaydə ötən gün çökən 4 mərtəbəli binada həyatını itirənlərin sayı 14-ə yüksəlib.

Open.az xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Xilasedicilər dağıntı altında qalan 9 nəfəri də yaralı olaraq xilas ediblər.

Binanın dağıntılarında hələ də 20-yə yaxın insanın olduğu güman edilir.

Dar bir küçədə yerləşən binanın qonşuluğundakı binalar da təhlükəsizlik səbəbilə təxliyə edilib.

Güınar Qafarlı