Kanadanın Vankuver şəhərindən Avstraliyanın Sidney şəhərinə səfər edən Kanada Hava Yollarına aid Boeing 777-200 tipli sərnişin təyyarəsi 10 min metr yüksəklikdə turbulentlik zonasına düşüb.

Open.az "AA"ya istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarədə olan sərnişinlərdən 37-si ağır yaralanıb.

Təyyarə Honoluluda təcili eniş etmək məcburiyyətində qalıb.

Kanada Hava Yollarından verilən açıqlamada, sərnişinlərlə bağlı müvafiq işlərin aparıldığını bildirilib.

Avstraliyaya uçuşun bu gün günorta saatlarında planlaşdırdığı qeyd edilib.

Gülnar Qafarlı