Qlobal pandemiya Gürcüstanın turizm sektoruna mənfi təsir göstərib. Ölkənin turizmdən builki gəlirləri 2019-cu illə müqayisədə 80 faiz azalacaq.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze məlumat verib.

Onun sözlərinə görə, bu göstərici turizm gəlirlərinin ilin qalan hissəsi üçün minimal olacağı ehtimalı ilə proqnoz edilir. O, bu rəqəmin dəyişəcəyini də istisna etməyib.