Gürcüstanın tanınmış siyasətçisi Koba Davitaşvili 49 yaşında vəfat edib.

Open.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, o, durumu ağırlaşdığından iki həftə öncə xəstəxanaya yerləşdirilmişdi.

K.Davitaşvili 2017-ci ildən nadir hesab olunan Bexterev xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, siyasətçi bir neçə çağırışda Gürcüstan parlamentinə deputat seçilib, 2010-2012-ci illərdə Tbilisi Şəhər Şurasında təmsil olunub. Sonuncu dəfə K.Davitaşvili 2012-ci ildə qanunverici orqana seçilmişdi. Keçmiş deputat 2013-cü ildə Gürcüstanda prezident seçkilərində namizəd kimi iştirak edib. O, müxalif Xalq Partiyasının sədri olub.