Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycana olan borcu dəyişməyərək fevralın 1-nə 6,699 milyon ABŞ dolları təşkil edib.

Open.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Yanvarın sonuna Gürcüstanın ümumi xarici borcu isə 5 677,024 milyon ABŞ dollarına bərabər olub ki, bu da aylıq müqayisədə 0,063 milyon ABŞ dolları azdır. Borcun 5 429,173 milyon dolları hökumətin payına düşür.

Gürcüstanın ən çox borcu olduğu ilk üç ölkə Almaniya (369,396 milyon ABŞ dolları), Fransa (324,056 milyon ABŞ dolları) və Yaponiyadır (211,52 milyon ABŞ dolları).

Qonşu ölkənin Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə dəyişməyib və müvafiq olaraq 12,901 milyon, 51,356 milyonvə 7,132 milyon ABŞ dolları təşkil edib.