Gürcüstanda son sutkada daha 182 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 3 119 nəfərə, sağalanların sayı isə 1 435-ə çatıb.

Xəstəlikdən 19 nəfər vəfat edib.