Gürcüstanda keçirilən parlament seçkilərində seçici fəallığı 8,33% təşkil edir.

Open.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 10:00-a olan məlumata əsasən, seçicilərin 292 587-si artıq seçkilərdə iştirak edib.

Ən yüksək seçici fəallığı 11,8% olmaqla Raça Leçxumi və Svaneti bölgəsində, ən aşağı fəallıq isə 7,3% olmaqla Acarıstanda qeydə alınıb.

MSK-dan seçkilərin sakit mühitdə keçirilidiyi qeyd olunub.