Gürcüstanda daha 2 nəfərə koronavirus diaqnozu qoyulub.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19 aşkarlanan şəxslərin ümumi sayı 948-ə çatıb. Onların 825-i sağalıb, 15-i isə vəfat edib.

Gürcüstan üzrə karantində 3 569, stasionar nəzarətdə isə 199 nəfər saxlanılır.