Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin ümumi sayı 1 003-ə çatıb.

Onların 873-ü müalicə olunaraq sağalıb, 15-i isə vəfat edib.