Gürcüstanda son sutkada koronavirusa 9 yeni yoluxma halı qeydə alınıb, 13 pasiyent sağalıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 206-ya, sağalanların sayı isə 987 nəfərə çatıb. Xəstəliyə tutulan 17 nəfər isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 071, tibbi nəzarətdə isə 294 nəfər saxlanılır.