Gürcüstanda daha 5 nəfərdə koronavirus aşkarlanıb, 6 pasiyent sağalıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların ümumi sayı 986-ya çatıb. Həmin şəxslərin 857-si sağalıb, 15-i isə dünyasını dəyişib.

Hazırda karantində saxlanılanların sayı 5 001, stasionar nəzarətdə olanların sayı isə 219 nəfər təşkil edir. Xaricdən gətirilən 31 Gürcüstan vətəndaşı da vətəndə müalicə olunur.