Gürcüstanda son sutka ərzində daha 4 nəfərdə koronavirus aşkarlanıb, 4 nəfər isə müalicə olunaraq sağalıb.

Open.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 943-ə, sağalanların sayı isə 821-ə çatıb. Xəstəlikdən ölənlərin sayı isə 15 nəfər təşkil edir.