Gürcüstanda 22 yaşlı gənc qızı qrip virusundan dünyasını dəyişib.

Open.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə "Birinci" kanal məlumat yayıb.

Məlumata görə, pasiyent bir neçə gün ərzində süni nəfəs aparatına qoşulub.

Qadının “donuz qripi”ndən ölməsi ehtimal olunur. Ölümün dəqiq səbəbi ekspertizadan sonra müəyyən olunacaq.

Qeyd edək ki, bu günə kimi Gürcüstanda "donuz qripi"ndən 12 nəfər ölüb.

Gülnar Qafarlı